Şirkətimizin Bakıda avtomobil icarəsinin şərtləri avtomobil icarəsini siz təsəvvür edə bildiyinizdən də asan edir!
AVTOMOBİLİN İCARƏ MÜDDƏTİ:
* Bizim şirkətimizdə Avtomobil kirayəsi ən azı 2 gün müddətinə həyata keçirilir.
* Müddətin hesablanması avtomobilin qəbul/təhvili haqqında aktın imzalandığı andan başlayır.
ÖDƏMƏ ŞƏRTLƏRİ:
* Kirayənin tam ödənişi müştərinin avtomobili aldığı zaman həyata keçirilir.
* 300 AZN məbləğində sığorta depoziti qoyulmalıdılr ki, sınma və ya YNH-nin baş vermədiyi halda bu məbləğ müştəriyə geri qaytarılır.
ÖDƏNİŞ:
* Nağd pulla qəbul edilir.
ƏSAS ŞƏRTLƏR:
* Avtonəqliyyat vasitəsini icarə edən şəxsin ən azı 24 yaşı olmalıdır.
* Avtonəqliyyat vasitəsindən istifadə edən şəxs şəxsiyyət vəsiqəsini və ya beynəlxalq ID-kartı və beynəlxalq sürücülük vəsiqəsini təqdim etməlidir.
* Avtonəqliyyat vasitəsindən istifadə edən şəxs ən azı 1 il sürücülük təcrübəsinə malik olmalıdır.
AVTOMOBİLİN İSTİFADƏSİ:
* Gündəlik yürüşünə məhdudiyyət qoyulmur.
* Avtomobili yalnız Azərbaycan Respublikası ərazisində istifadə etmək olar.
AVTOMOBİLLƏRİN BAKIDA KİRAYƏ TARİFİNƏ DAXİL OLANLAR:
* Avtomobillərin oğurluq, qəza və üçüncü şəxslərə zərərin vurulmasına qarşı sığortası.
* Avtomobilin kirayə məbləği.
AVTOMOBİLLƏRİN BAKIDA KİRAYƏ TARİFİNƏ DAXİL OLMAYANLAR:
* Yanacaq xərci.
* Yuma dəyəri.
* Dayanacaq haqları.
* Yol hərəkəti qaydalarının pozulmasına görə cərimələrin ödənilməsi.
* Avtomobilin daxildən və xaricdən zədələnməsi, eləcə də şinlərin zədələnməsi.